İyun 26, 2017 19:11 Asia/Baku
  • Əli Laricani
    Əli Laricani

İranın İslami Şura Məclisinin sədri Cənubi Koreaya səfərində məqsədin Avrasiya konfransında iştirakdan ibarət olduğunu bildirərək deyib: C.Koreaya səfər iki ölkə arasında ticarət əlaqələrinin genişlənməsinə fürsət yaradacaq.

İİR parlamentinin sədri beynəlxalq Avrasiya konfransında iştirak məqsədi ilə bu gün Cənubi Koreanın paytaxtı Seul şəhərinə səfər edib. 

Parlamentin xəbər agentliyinin verdiyi məlumata görə, İİR İslami Şura Məclisinin sədri Əli Laricani Tehranı tərk etməzdən öncə müxbirlərə verdiyi açıqlamada deyib: Avrasiya regionu zəngin enerji qaynaqlarına, geniş potensiallara və mütəxəssis qüvvəyə malik olaraq, müxtəlif xalqların inkişafı üçün diqqət çəkir və hazırkı beynəlxalq durumda bu potensiallar regional və regiondan kənar birlik və qurumlar üçün səmərəlidir. 

Teqlər