"İran və Fransa Suriya haqda mövqelərini yaxınlaşdıra bilərlər"
İyun 29, 2017 19:35 Asia/Baku
-
Məhəmməd Cavad Zərif
İran xarici işlər naziri Parisin Şarl De Qol aerportunda verdiyi açıqlamada deyib: İran və Fransa regional məsələlər, o cümlədən Suriya haqda öz mövqelərini daha da yaxınlaşdıra bilərlər.
Məhəmməd Cavad Zərif Parisdə İRİB müxbirinə müsahibədə deyib: İran və Fransa bir sıra regional məsələlər haqda, o cümlədən Fars körfəzində təhlükəsizliyin vacibliyi haqda nisbətən yaxın mövqeyə malikdir.
Məhəmməd Cavad Zərif həmçinin İran və Fransanın iqtisadi əməkdaşlıqlarına da diqqət çəkib: İndiyə qədər istehsal və məşğuliyyətə kömək sektorunda İran və Fransa arasında çox yaxşı əməkdaşlıqlar həyata keçirilmişdir.