Fransa xarici işlər naziri Zəriflə görüşdən razılıq edib
https://azeri.sahartv.ir/news/İran-i274678-fransa_xarici_işlər_naziri_zəriflə_görüşdən_razılıq_edib
Fransanın xarici işlər naziri Jan İvo Lodriyan dünən gecə İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşdən sonra bu görüşü zəruru adlandırıb və vurğulayıb ki, Fransa İranla danışıqları davam etdirəcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 30, 2017 04:11 Asia/Baku
  • Fransa xarici işlər naziri Zəriflə görüşdən razılıq edib

Fransanın xarici işlər naziri Jan İvo Lodriyan dünən gecə İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşdən sonra bu görüşü zəruru adlandırıb və vurğulayıb ki, Fransa İranla danışıqları davam etdirəcək.

IRNA-nın məlumatına görə, Lodriyan öz şəxsi twitter səhifəsində Məhəmməd Cavad Zəriflə görüşündən təsvirlər qoyaraq yazıb: Öz iranlı həmkarımla ilk görüşümü təcrübə etdim və İranla danışıqlar yolunu davam etdirəcəyəm.

İranın xarici işlər naziri fransız həmkarı ilə görüşdən öncə Fransa senatının sədri Jerar Larşe ilə görüşmüşdü.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif dünən Parisə daxil olub. İkitərəfli, həmçinin mühüm regional və beynəlxalq məsələlər barədə Fransa rəsmilərilə danışıqlar Zərifin Paris səfərinin proqramına daxildir.

İranın xarici işlər naziri İtaliya və Almaniya rəsmilərilə görüşüb, danışıqlar apardıqdan sonra Fransaya səfər edibdir.