İyun 30, 2017 09:27 Asia/Baku
  • Fransa senatının sədri İranla siyasi məşvərətlərin davam etdirilməsini istəyib

Fransa senatının sədri Jerar Larşe İran xarici işlər naziri ilə görüşdə İranla siyasi məşvərətlərin davam etdirilməsini istəyib.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif dünən axşam Fransa senatının sədri Jerar Larşe ilə görüşüb.

Fransa senatının sədri bu görüşdə deyib: Fransa İranla ikitərəfli əlaqələrə böyük önəm verir və regional məsələlər barədə İranla ardıcıl siyasi məşvərətlər aparmağa maraqlıdır.

Larşe bu görüşün əvvəlində Tehranda baş vermiş son terror hadisəsilə bağlı öz həmdərdliyini ifadə edərək, Həsən Ruhaninin yenidən İran prezidenti seçilməsini təbrik edibdir.

Zərif də bu görüşdə İranın Fransa ilə siyasi məşvərətlərinin davam etdirilməsini və regional məsələlərin həlli istiqamətində Avropada daha fəal rol oynamasını rəğbətlə qarşılayıb.

İranın xarici işlər naziri həmçinin Fransa ilə əlaqərləin əhəmiyyətinə toxunaraq, bu ölkəni İranın önəmli ticari şəriklərindən biri adlandırıb.

İranın xarici işlər naziri habelə ikitərəfli iqtisadi və ticari əlaqələrin asanlaşması üçün iki ölkə arasındakı bəzi bank problemlərinin tez bir zamanda aradan qaldırılmasını istəyibdir.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif dünən Parisə daxil olub. İkitərəfli, həmçinin mühüm regional və beynəlxalq məsələlər barədə Fransa rəsmilərilə danışıqlar Zərifin Paris səfərinin proqramına daxildir.

İranın xarici işlər naziri İtaliya və Almaniya rəsmilərilə görüşüb, danışıqlar apardıqdan sonra Fransaya səfər edibdir.

 

Teqlər