Qasemi: Qonşuları ittihamlandırmaq daxili problemlərin həll yolu deyil
https://azeri.sahartv.ir/news/İran-i274734-qasemi_qonşuları_ittihamlandırmaq_daxili_problemlərin_həll_yolu_deyil
İran Xarici İşlər Nazirliyinin sözçüsü deyib: Bəhreyn rejimi ardıcıl surətdə günahı qonşuların boynuna atmaq və onları ittihamlandırmaq yerinə, yaxşı olardı ki, dünya ictimaiyyətinin müxalif rəhbərlərlə müzakirələrə başlamaq üzrə ardıcıl tövsiyələrinə müsbət cavab versin.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 30, 2017 13:42 Asia/Baku
  • Qasemi: Qonşuları ittihamlandırmaq daxili problemlərin həll yolu deyil

İran Xarici İşlər Nazirliyinin sözçüsü deyib: Bəhreyn rejimi ardıcıl surətdə günahı qonşuların boynuna atmaq və onları ittihamlandırmaq yerinə, yaxşı olardı ki, dünya ictimaiyyətinin müxalif rəhbərlərlə müzakirələrə başlamaq üzrə ardıcıl tövsiyələrinə müsbət cavab versin.

Bəhram Qasemi bu gün Bəhreynin təhlükəsizlik başçılarının bu ölkənin daxili problemlərini İran İslam Respublikası ilə bağlamaq üzrə cəhdlərini rədd edərək, onu daxili problemləri ört-basdır etmək üçün məğlub olmuş və çeynənmiş bir vasitə adlandırıb.

İran Xarici İşlər Nazirliyinin sözçüsü əlavə edib: Bəhreyn rejimi vaxtaşırı terror özəklərilə mübarizə bəhanəsilə bu ölkə vətəndaşlarından bir qrupunun həbs olunmasından xəbər verir və iddia edir ki, onlar İran İslam Respublikası ilə əlaqədə olublar.

Qasemi belə qeyd edib: Dünya ictimaiyyəti yaxşı bilir ki, Bəhreynin altıillik daxili böhranı Ali-Xəlifənin bu ölkə xalqının əksəriyyətinin dinc və hüquqi etirazlarına təhlükəsizlik münasibətinin nəticəsidir.