İyul 03, 2017 19:03 Asia/Baku
  • Cənubi Pars qaz yatağının 11-ci blokunun genişləndirilməsi müqaviləsi imzlanıb
    Cənubi Pars qaz yatağının 11-ci blokunun genişləndirilməsi müqaviləsi imzlanıb

Dörd milyard 800 milyon dollar dəyərində olan Cənubi Pars qaz yatağının 11-ci blokunun genişləndirilməsi müqaviləsi Tehranda İranın Milli Neft Şirkəti ilə Fransanın Total neft şirkətinin beynəlxalq konsorsiumu arasında imzlanıb.

IRNA-nın məlumatına görə, Cənubi Pars qaz yatağının 11-ci blokunun sahilkənarı hissəsinin genişləndirilməsi müqaviləsi bu gün İranın neft naziri Bijən Namdar Zəngənin iştirakı ilə İranın Milli Neft Şirkətinin sərəncamçı müdiri Əli Kardar, Fransanın Total neft şirkətinin sərəncamçı müdiri Patrik Poyane, Çin milli neft şirkətinin sərəncamçı müdiri Lu və PetroPars şirkətinin sərəncamçı müdiri İzzətullah Əkbəri tərəfindən imzalanıb.

Cənubi Pars qaz yatağının 11-ci blokunun genişləndirilməsi müqaviləsinin icra olunması ilə İranın Qətər ilə müştərək Cənubi Pars qaz yatağından məhsulgötürmə imkanına gündə 56 milyon kubmetr əlavə olacaqdır.

Cənubi Pars qaz yatağı dünyanın ən böyük qaz mənbəyidir ki, İranın müştərək səhər xəttində yerləşir. Bu yatağın qaz ehtiyatı bütün dünya qazının səkkiz faizinə şamil olan 18 milyard barrel qaz məmulatları ilə yanaşı, 14 trilyon kubmetr qazdır.

 

Teqlər