Total ilə müqavilə; Beynəlxalq şirkətlərin İrana qayıdışı
İran İslam Respublikasının neft naziri Cənubi Pars qaz yatağının 11-ci fazasının istismarı ilə bağlı Total şirkəti ilə imzalanan müqaviləni Avropa və Asiyanın iri şirkətləri və sərmayə sahiblərinin İrana qayıdışı mənasında dəyərləndirib.
Cənubi Pars qaz yatağının 11-ci fazasının istismarı üzrə müqavilə bazar ertəsi günü İranın Milli Neft Şirkəti ilə Fransanın "Total" şirkətinin rəhbərlik etdiyi beynəlxalq konsorsium arasında imzalanıb. Müqavilənin dəyəri 4 milyard 800 milyon dollardır. Bu müqavilə Tehranda imzalanıb.
Bijən Namdar Zəngənə deyib: Bu müqavilənin imzalanması ilə xarici şirkətlərin İranda sərmayə qoyuluşu və fəaliyyət ilə bağlı bir çox şəkk və şübhələri aradan qalxmış oldu.
İranın neft naziri əlavə edib: Bu müqavilə İranın nüvə anlaşmasından sonra beynəlxalq şirkətlər ilə imzaladığı ilk neft müqaviləsidir. Dünyanın 3 mühüm şirkəti ilə olan bu müqavilə, düşmənlərin İran İslam Respublikasının izzətini istəmədikləri bir şəraitdə imzalandı.