Rzayi: Ali-Səud Ərəbistanı "II İsrail"ə çevirib
İyul 07, 2017 15:01 Asia/Baku
İranın Məsləhət Şurasının katibi Möhsün Rzayi Səudiyyə Ərəbistanı qırıcılarının Yəmənə hücumlarının mənfi nəticələrinə toxunub: Ali-Səud Ərəbistanı 2-ci İsrailə çevirib.
Möhsün Rzayi İnstagram səhivəsində yazıb: Səudiyyə rejiminin Yəmənə 800 günlük hücumu dövründə bombardmançı hücumları nəticəsində 400 min mənzil dağılıb və 32 min sivil həlak olub və yaralanıb.
Səudiyyə Ərəbistanı ABŞ və sionist rejimin dəstəyi ilə 2015-ci il mart ayından Yəmənə hərbi təcavüz edib və bu ölkəni istefaya getmiş prezident Əbdrəbbə Mənsur Hadini iqtidara qaytarmaq bəhanəsi ilə quru, hava və dənizdən mühasirəyə alıb.
Ərəbistanın yoxsul Yəmənə hərbi təcavüzü ərzaq maddələri və dərman preparatlarının çatışmazlığı ilə nəticələnib.
Teqlər