Cahangiri: İran və Total arasındakı müqavilə amerikalıların məğlubiyyəti idi
https://azeri.sahartv.ir/news/İran-i276088-cahangiri_İran_və_total_arasındakı_müqavilə_amerikalıların_məğlubiyyəti_idi
İran İslam Respublikası prezidentinin birinci müavini İran və Total arasındakı müqavilənin imzalanmasını amerikalılar və sanksiyalar üçün məğlubiyyət adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 13, 2017 04:36 Asia/Baku
  • İshaq Cahangiri
    İshaq Cahangiri

İran İslam Respublikası prezidentinin birinci müavini İran və Total arasındakı müqavilənin imzalanmasını amerikalılar və sanksiyalar üçün məğlubiyyət adlandırıb.

İRNA-nın məlumatına görə, İshaq Cahangiri çərşənbə günü Tehranda Milli Bank Muzeyinin açılış mərasimində amerikalıların İrana qarşı sanksiyalar tətbiq etməklə yanaşı, heç bir tərəfin İranın neft sənayesinə 20 milyon dollardan artıq sərmayə qoymaq haqqına malik olmadığını elan etdiyini xatırladıb və deyib: İran və Total arasında müqavilənin imzalanması ilə amerikalılar və onların sanksiyaları məğlub oldular.

Cənubi Pars qaz yatağının 11-ci fazasıın istismarı ilə bağlı olan müqavilə İran və Fransanın Total neft şirkətinin başçılıq etdiyi beynəlxalq konsorsium arasında imzalanıb. 3 iyul  2017-ci il tarixində imzalanan bu müqavilənin dəyəri 4 milyard 800 milyon dollardır. Müqavilə Tehranda imzalanıb.