İyul 15, 2017 19:28 Asia/Baku
  • Aleksandr Lavrentie- Əli Şəmxani
    Aleksandr Lavrentie- Əli Şəmxani

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Suriya böhranında tərəf olan ölkələrin bu ölkənin hakimiyyətinə hörmətlə yanaşmasının vacibliyini vurğulayıb: Bu dəyişməyəcək prinsipə zərbə vura biləcək heç bir anlaşma olmamalıdır.

İRNA-nın məlumatına görə, Əli Şəmxani şənbə günü Rusiya prezidentinin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentievlə Tehranda görüşüb.

Suriya dövlətini zəiflətmək və müqavimət cəbhəsinə zərbə vurmaq üçün sionist lobbisinin geniş fəaliyyətinə toxunan Şəmxani deyib: Sionist rejim terror qrupları və onların himayədarları ilə dərin bağlantılar quraraq "İsrail" sərhədlərini təhlükəsiz saxlamaq və Fələstin xalqının repressiyasını davam etmədirmək üçün bu qruplardan vasitə olaraq istifadə etmək ardıncadır.

İranlı rəsmi bəzi terror ünsürlərinin diplomatik danışıqlar və atəşkəs fürsətindən qüvvələrini bərpa etmək üçün sui-istifadə etməsini qəbuledilməz və nigaran edici adlandırıb: Təcrübə sübut edib ki, bu ünsürlər heç bir saziş və anlaşmaya sadiq qalmayıb və hər bir fürsətdən vətəndaşların qırğını və öz qeyri-insani məqsədləri üçün istifadə edəcəklər.

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi əlavə edib: Üçtərəfli siyasi təşəbbüs və Astana iclasının keçirilməsi yerli potensiallardan faydalanaraq regional böhranlara son qoymaq üçün örnək olaraq istifadə ediləcək uğurlu metoddur.

Rusiya prezidentinin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentiev də bu görüşdə Rusiyan, İordaniya və ABŞ-ın Suriyanın cənub-qərbində təhlükəsiz zonanın yaradılası haqda anlaşması barədə məlumat verib.

Terrorizmlə həqiqi mübarizə məsələsində İran İslam Respublikası, Rusiya Federasiyası və Suriyanın təyinedici funksiyası və rolunu qeyd edən Lavrentievin sözlərinə görə, terrorizm cəbhəsi tam məhv edilənədək üç ölkə arasında müştərək strateji əməkdaşlıqlar prosesi ciddi şəkildə davam edəcək.

Teqlər