Qasimi: Hansısa ölkəyə qarşı koalisiya yaratmağa ehtiyac yoxdur
-
Qasimi: Hansısa ölkəyə qarşı koalisiya yaratmağa ehtiyac yoxdur
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü deyib: Regionda sülh və sabitliyin bərqərar olunması bütün ölkələrin əməkdaşlığını tələb edir və hansısa ölkəyə qarşı koalisiya yaratmağa ehtiyac yoxdur.
İİR XİN sözçüsü Bəhram Qasimi bu gün Təsnim xəbər agentliyinə verdiyi açıqlamada deyib: İran İslam Respublikası öz müstəqilliyini mühafizə, öz mövqeyinin güclənməsi və inkişafı üçün lazımı zəminlərin yaradılması ilə yanaşı regiona müsbət baxışa malikdir və bu da sülh, təhlükəsizlik və sabitliyə kömək edir.
Qasimi deyib: İranın Türkiyə və Azərbaycan Respublikası ilə yaxın əlaqələri başqa ölkənin əleyhinə deyil və ixtilaf və anlaşılmazlıqlar rəftarları düzəltməklə həll oluna bilər.
İİR XİN rəsmisi Türkiyənin Suriyanın şimalındakı hərbi əməliyyatları barədə isə deyib: İran, Rusiya və Türkiyə müştərək mənafe və bütün regionun məsləhətini əsas götürərək fikir mübadilələri və məsləhətləşmələr aparırlar və müştərək təşəbbüslər həyata keçirirlər.
Bəhram Qasimi Omanın xarici işlər naziri Yusif Bin Ələvinin Tehrana son səfəri barədə isə deyib: Omanın xarici işlər nazirinin İrana səfəri iki ölkə arasında davamlı fikir mübadilələri çərçivəsində həyata keçdi və bu səfərdə regiondakı son adisələr və Orta şərq böhranından çıxış yolları müzakirə edildi.