General Hacızadə: ABŞ İranla qarşılaşmada məğlubiyyətə məhkumdur
https://azeri.sahartv.ir/news/İran-i276832-general_hacızadə_abŞ_İranla_qarşılaşmada_məğlubiyyətə_məhkumdur
İran İslam İnqilabı Keşikçilər Korpusu Sepahın Aeronavtika qüvvələri komandanı deyib: ABŞ və imperialist quruluş İran İslam Respublikası ilə qarşılaşmada məğlubiyyətə məhkumdur.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 19, 2017 06:15 Asia/Baku
  • General Hacızadə: ABŞ İranla qarşılaşmada məğlubiyyətə məhkumdur

İran İslam İnqilabı Keşikçilər Korpusu Sepahın Aeronavtika qüvvələri komandanı deyib: ABŞ və imperialist quruluş İran İslam Respublikası ilə qarşılaşmada məğlubiyyətə məhkumdur.

İRİB-in məlumatına görə, general-mayor Əmir Əli Hacızadə çərşənbə axşamı günü Tehranda ABŞ-ın nüvə məsələsindən sonra diqqətini İranın raket qüdrəti və İslam İnqilabı Keşikçilər Korpusuna yönəltdiyinə toxunaraq deyib: İran İslam Respublikası ABŞ-ın hərəkətləri və istəyinə diqqət yetirmədən öz gücünü artırmağı davam etdirəcək. 

İran İslam İnqilabı Keşikçilər Korpusu Sepahın Aeronavtika qüvvələri komandanı Sepahın Suriyanın Deyruz-Zur vilayətində İŞİD terrorçularının qərargahına raket hücumuna toxunub və deyib: Bu hücum İŞİD terrorçuları və onların himayədarlarına möhkəm cavab idi. 

General Hacızadə həmçinin İran İslam Respublikasının hədəfi dəqiq vuran raketlər, pilotsuz uçan aparatlar, radar, avtomatik bombalar, minlərlə silah-sursat sahəsində özünü təminə çatdığına toxunaraq xatırladıb: İslam Respublikasında bütün işlər həyata keçiriləsidir.