İranın ərzaq malları Mosula çatıb
https://azeri.sahartv.ir/news/İran-i277364-İranın_ərzaq_malları_mosula_çatıb
İranın yeyinti malları istehsalçılarının kooperasiya heyətinin rəhbəri İraqın şimalında Neynəva vilayətinin mərkəzi olan Mosul şəhərinə İranın ərzaq məhsullarından ibarət ilk yükün çatmasından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 24, 2017 07:44 Asia/Baku
  • İranın ərzaq malları Mosula çatıb
    İranın ərzaq malları Mosula çatıb

İranın yeyinti malları istehsalçılarının kooperasiya heyətinin rəhbəri İraqın şimalında Neynəva vilayətinin mərkəzi olan Mosul şəhərinə İranın ərzaq məhsullarından ibarət ilk yükün çatmasından xəbər verib.

İRİB-in verdiyi məlumata görə, Mehdi Kərimi Təfrəşi bu gün deyib: Terrorçu İŞİD qrupunun Mosulda məhv edilməsi və bu bölgədə nisbi təhlükəsizliyin bərqərar olunmasından sonra İran şirkətlərinin istehsal etdikləri qida maddələrinin bu şəhərə ixracatına başlanılıb və ilk yük Mosulun qədim hissəsinə daxil olub. 

 İranın yeyinti malları istehsalçılarının kooperasiya heyətinin rəhbərii deyib: İranlı şirkətlər İraqa 900 milyon dollar dəyərində yeyinti məhsulları ixrac edərək İraqın yeyinti məhsulları idxalatının 15 faizini təmin edirlər. 

Mehdi Kərimi İranın yeyitni məhsulları ixracatının 80 faizinin İraq, BƏƏ, Küveyt, Çin, Əfqanıstan, Türkiyə, Cənubi Koreya, Türkmənistan, Tacikistan, Azərbaycan, Pakistan və İndoneziyaya həyata keçdiyini bildirərək deyib: İraq İrandan qida maddələri idxal edən ölkələr arasında birinci yerdə durur.