Qasimi: Amerikanın İrana qarşı hərəkətləri düşməncəsinədir
İranın Xarici İşlər Nazirliyinin sözçüsü deyib: Amerikanın rəftarı və təşəbbüsləri düşməncəsinədir və ABŞ İrana qarşı hərhansı inadkarlıqdan çəkinməyib, çəkinməyəcək də.
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi bu gün daxili və xarici müxbirlərlə müsahibəsində sərhədaşırı radio televiziya bölməsinin müxbirinin İranın raket sınaqları və islam inqilabının keşikçiləri korpusunun Suriya və İraqda İŞİD-ə qarşı son qələbələrdəki rolun bəhanə edilərək İrana qarşı sanksiyaların gücləndirilməsi barədə verdiyi sualı belə cavablandırıb: Amerika etimad ediləsi dövlət deyil və çoxlu təzadlarla üz-üzədir.
Qasimi deyib: Amerikanın fəaliyyətdə olan hökuməti möhkəm mexanizmə malik olan nüvə razılaşmasını qarşısında görür və onu zəiflətmək üçün İran üçün şəraiti çətinləşdirəcək hərəkətlərə əla atmlaı olur və İran İslam Respublikasına qarşı dünyada ağır siyasi atmosfer yaratmaq istəyir.
İran diplomatiya aparatının sözçüsü ABŞ-ın İranın gücündən nigaran qaldığını bildirərək deyib: Amerika özünün məntiqsiz hərəkətlərinin sadəcə onun üçün peşmanlıq gətirəcəyini başa düşməlidir ona görə ki, İran güclüdür və regionda öz yolunu tutub gedə bilir.
İİR XİN sözçüsü Əhatəli Müştərək Təşəbbüs Proqramının(ƏMTP) sarsılmaz olaraq davam etdiyini bildirərək deyib: Amerikalılar dedikləri kimi hələ ƏMTP-yə sadiqdirlər və bu istiqamətdə əngəl törətmək və öhdəliklərinə arxa çevirmək, bu proqramdan çıxmaq mövzusu ilə tam fərqlidir.
Qasimi İran ilə Küveyt münasibətləri və Küveytin iranlı diplomatlara bu ölkəni tərk etmək üçün möhlət təyin etməsi mövzusu barədə isə deyib: İranlı diplomatlar qovulmayıblar bə həyys arzuolunmaz ünsür kimi də təqdim olunmayıblar, əslində Küveyt dövlətinin tələbi ilə İranın bu ölkədəki səfirliyinin işçilərinin sayı azaldılır.
İranın diplomatiya aparatının sözçüsü deyib: İran Fars körfəzi hövzəsində Küveyt ilə həmişə mübət əlaqələrə malik olub və bu ölkənin hazırkı şəraitdə İran səfirliyinin işçilərinin sayının azaldılmasına dair təşəbbüsü tənqid ediləsidir.
Qasimi iranlı hacıların konsul məsələləri ilə məşğul olmaq üçün Səudiyyə Ərəbistanında yerləşdiriləcək konsulluq heyətlərinə viza verilməsi məsələsi barədə də deyib: Hələ Səudiyyə Ərəbistanı tərəfindən İranlı diplomatlara viza verilməyib.
İİR XİN sözçüsü İranın konsulluq qrupunun hacıların göndərilməsindən öncə Səudiyyə Ərəbistanında yerləşdirilməli olduğunu bildirərək deyib: Bu mövzuda anlaşılmazlıqları daha da artıran məsələ İranlı heyətin öz vəzifələrini yerinə yetirmək üçün malik olmalı olduğu şərait və mexanizmlərlə əlaqədardır.