Laricani: İran müqavimət mehvərini himayədə əsla tərəddüd etmir
https://azeri.sahartv.ir/news/İran-i277666-laricani_İran_müqavimət_mehvərini_himayədə_əsla_tərəddüd_etmir
İran parlamentinin sədri deyib: İran İslam Respublikası müqavimət mehvərini himayədə və terrorçuların yatırılmasında əsla tərəddüd etmir və bu məsələ islami və insani bir vəzifədir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 26, 2017 14:25 Asia/Baku
  • Laricani: İran müqavimət mehvərini himayədə əsla tərəddüd etmir
    Laricani: İran müqavimət mehvərini himayədə əsla tərəddüd etmir

İran parlamentinin sədri deyib: İran İslam Respublikası müqavimət mehvərini himayədə və terrorçuların yatırılmasında əsla tərəddüd etmir və bu məsələ islami və insani bir vəzifədir.

İran İslam Şurası Məclisinin sədri Əli Laricani bu gün Tehranda Livan parlamentində müqavimətə sadiq fraksiyanın sədri Muhəmməd Rəəd ilə görüşdə deyib: Müqavimət qüvvələrinin Livanın Ərsal məntəqəsində terror qrupları ilə mübarizədəki uğuru mütləq tarixdə qalacaq və bu uğur elə bir şəraitdə əldə olunubdur ki, bəzi avantürist ölkələr müqavimət qüvvələrilə mübarizə ardıncadırlar.

Muhəmməd Rəəd də bu görüşdə deyib: Müqavimət mehvərinin müqaviməti regionda düşmənlər cəbhəsini və terrorçuları parçalanmaya və ixtilafa düçar edib və onlar bu gün region və dünya səviyyəsində bir çox ixtilafla əlbəyaxadırlar.