Avq 03, 2017 08:36 Asia/Baku
  • Suriya başçıları İranın terrorizmlə mübarizədəki roluna görə təşəkkür ediblər
    Suriya başçıları İranın terrorizmlə mübarizədəki roluna görə təşəkkür ediblər

Suriya rəsmilərindən bir qrupu İranın terrorizm qarşısında Suriyanın dövləti və xalqının müqavimətinə göstərdiyi yardıma görə təşəkkür edib.

IRIB-nin məlumatına görə, müvəqqəti olaraq Suriya parlamentinə sədrlik edən Nəcdət İsmail Ənzur dünən axşam Dəməşqdə İran məclisi sədrinin beynəlxalq məsələlər üzrə xüsusi köməkçisi ilə görüşdə deyib: İran Suriya xalqının müqaviməti və bu ölkədə təhlükəsizlik və sabitliyin bərqərarında mühüm rol oynayıb və Suriya xalqı İranın fəaliyyətlərini unutmayacaq.

Əmirəbdollahiyan bu görüşlərdən sonra müxbirlər qarşısında vurğulayıb: Suriyanın xalqı, dövləti və ordusunun müqaviməti hesabına terrorizm yolun sonuna çatıb və İran yolun sonunadək qüdrətlə Suriyanın kənarında olacaqdır.

Teqlər