İran prezidentinin hökmünün təsdiqlənməsi mərasimi
İran İslam Respublikasının 12-ci prezidentinin hökmünün tənfiz olunması-təsdiqlənməsi mərasimi keçirilməkdədir. Həsən Ruhani İranın 12-ci prezidenti kimi tənifz hökmünü İslam İnqilabının Böyük Rəhbərinin əlindən alacaq.
Bu mərasim İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xameneinin hüzurunda və üç hakimiyyət qüvvəsi başçıları, Rəhbərlik Xübreqanı Məclsinin sədri, ölkə və orda rəsmiləri, din alimləri, İran universitetlərinin işçiləri və xarici ölkələrin bir qrup səfiri və yüksək vəzifəli nümayəndələrinin iştirakı ilə keçirilir və müxtəlif teleradio kanallarında və virtual mühitdə canlı surətdə yayılır.
Əsas Qanunun 110-cu maddəsinə əsasən, xalq seçkilərindən sonra prezident hökmünün imzalanması rəhbərin vəzifə və ixtiyarlarındandır və prezident seçkiləri qanununa əsasən, İran İslam Respublikasında prezidentlik dövrü dörd ildir və İnqilab Rəhbəri tərəfindən etimadnamənin tənfiz edilməsi-təsdiqlənməsi tarixindən başlanır.