Avq 10, 2017 18:54 Asia/Baku
  • İnqilab Rəhbəri Məşhəddə şəhid ailələrinə baş çəkiblər
    İnqilab Rəhbəri Məşhəddə şəhid ailələrinə baş çəkiblər

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei Məşhəd şəhərinə son səfər və Həzrət Əli ibn Musa Əl-Rza(ə)-ın pak ziyarətgahını ziyarətləri zamanı bir neçə şəhid ailəsinin mənzilində olaraq, Müqəddəs Müdafiə və Hərəm Müdafiəsi şəhidlərinin yüksək yerini qeyd ediblər.

Həzrət Ayətullahuluzma Xamenei şəhid ailələrilə görüşdə bildiriblər ki, bütün İran xalqı ilk növbədə şəhidlərə, sonra da şəhid ailələrinə borcludur. O həzrət vurğulayıblar: Hamı şəhadət, şəhid və şəhid ailəsinin unudulması siyasəti qarşısında dayanmalıdır.

İslam İnqilabının Böyük Rəhbəri həmçinin Hərəm Müdafiəsi şəhidlərinin ailələri ilə görüşdə deyiblər ki, Hərəm Müdafiəsi şəhidləri doğrudan da İslam barədə parlaq bir sima göstərirlər.

Həzrət Ayətullahuluzma Xamenei Suriyanın Hələb şəhərinin İŞİD terrorçularının işğalından azad edilməsi məsələsinə toxunaraq, vurğulayıblar: Hələb məsələsi o qədər mühüm idi ki, Amerika və səudiyyə rejiminin Suriyada və regiondakı bütün hesablamalarını 180 dərəcə dəyişərək, aradan götürdü və bais oldu ki, şəhidlərin qanı hədər getməsin.

İslam İnqilabının Böyük Rəhbəri 2017-ci il iyulun 23-də, kəramət ongünlüyü ərəfəsində Həzrət Əli ibn Musa Əl-Rza(ə)-ın pak ziyarətgahının zirehinin tozunun alınması mərasimini yerinə yetirmək üçün şiələrin səkkizinci imamının ilahi hərəmində oldular.

Kəramət ongünlüyü zilqədə ayının birinci ongünlüyüdür və Həzrət Fatimeyi Məsumə(s.ə)-nın mövludu ilə başlanaraq, Həzrət Əli ibn Musa Əl-Rza(ə)-ın mövludu ilə başa çatır.

Teqlər