Ruhani Livan xalqını təbrik etdi
-
Ruhani Livan xalqını təbrik etdi
"Livan xalqının 33 günlük müharibədə sionist rejim qarşısında dəyərli qələbəsi ana vətənin qanuni müdafiəsində möhkəm və məğlubedilməz iradəsini isbata yetirdi"
Bunu İran İslam Respublikası prezidenti Həsən Ruhani Livan xalqının 33 günlük müharibədə sionist rejim qarşısındakı qələbəsi münasibəti ilə Livan prezidenti Mişel Ouna ünvanladığı müraciətdə qeyd edib.
Prezident Ruhani bu qələbə münasibəti ilə Livan xalqı və dövlətini təbrik edib və bildirib: Bu tarixi dəyərli qələbə ordu və müqavimət qüvvələrin şücaəti və fədakarlığı, dövlətin dəstəyi və xalqın müqaviməti nəticəsində əldə olundu.
Sionist rejim ordusu ilə Livan Hizbullahı qüvvələri arasında 33 günlük müharibə 2006-cı il iyul ayında başlandı və həmin ilin 14 avqustunda Livan Hizbullahı qüvvələrinin qələbəsi ilə sona çatdı. Sionist rejim bu müharibədə ağır tələfat və xəsarətlər verərək geri çəkildi.