Avq 15, 2017 13:26 Asia/Baku
  • İran parlamentində təklif olunan nazirlərin səlahiyyəti araşdırılmağa başlayıb
    İran parlamentində təklif olunan nazirlərin səlahiyyəti araşdırılmağa başlayıb

İran İslam Şurası Məclisinin plenar iclasında 12-ci hökumətin təklif etdiyi nazirlərin səlahiyyətinin araşdırılmasına başlanıb.

İRİB-in məlumatına görə, tənzimlənən proqrama əsasən İran İslam Respublikası prezidenti Həsən Ruhani bugünkü iclasın əvvəlində 12-ci hökumətin proqramlarını təqdim və təklif etdiyi nazirləri müdafiə edib. Sonra isə İran İslam Şurasının 5 lehinə və 5 əleyhinə deputatı söhbət edəcək.

Bu mərhələdən sonra İran İslam Şurası Məclisinin deputatları təklif olunan nazirlərin iş funksiyasını araşdıracaq və təklif olunan hər bir namizəd üçün iki lehinə və iki əleyhinə deputat söhbət edəcək. Sonra isə təklif olunan nazir öz proqramını müdafiə edəcək. Hər bir nazir üçün ayrıca səsvermə keçiriləcək.

İran hökumətinin təklif etdiyi nazirlərin səlahiyyətinin araşdırılması tənzimlənən proqrama əsasən 35 iş saatı tələb edir.

Teqlər