Avq 18, 2017 09:32 Asia/Baku
  • Ruhani: İŞİD və terrorçuların hamiləri yeni əsrdə nifaqın bariz nümunəsidir
    Ruhani: İŞİD və terrorçuların hamiləri yeni əsrdə nifaqın bariz nümunəsidir

İran İslam Respublikası prezidenti İŞİD və terrorçuların hamilərinin yeni əsrdə nifaq və düşmənçiliyin bariz nümunəsi olduğunu bildirərək deyib: Terrorçular sadəcə dildə iman iddiasındadır.

Həsən Ruhani cümə axşamı günü Tehranda Müqəddəs Müdafiə dövrü əlillərindən biri ilə görüşdə xatırladıb: Əgər İraq və Suriyada təkfirçi terrorçular hakim olarlarsa, artıq islamın imicindən heç nə qalmayacaq. 

Ruhani həmçinin Əhli-Beyt (ə) hərəmi müdafiəçilərinin fədakarlığı və qəhrəmanlıqlarına toxunaraq bildirib: Hərə müdafiəçilərinin fədakarlıqları olmasaydı, İraq və Suriya deyil, bütün region təkfirçi terrorizmin zərərləri ilə üzləşərdi. 

İran İslam Respublikası prezidenti əlavə edib: İslam dünyasının hazırkı durumunda sadəcə qəhrəmanlıq və fədakarlıq müsəlmanları xilas edə bilər. 

Teqlər