İranlı şirkətlər Suriya sənayesinin bərpasında iştirak edir
İranın ticarət, sənaye, mədən və kənd təsərrüfatı palatasının sədr müavini deyib: İranlı şirkətlər Suriya sənayesinin bərpası və bu ölkə xalqının ilkin ehtiyaclarının təminində əməkdaşlıq edirlər.
İranın ticarət, sənaye, mədən və kənd təsərrüfatı palatasının sədr müavini Hüseyn Silahvərzi dünən gecə İranın 1-ci telekanalının xəbər proqramında iranlı şirkətlərin Dəməşqdə keçirilən beynəlxalq sərgidə iştirakı barədə deyib: Suriyada gözə çarpacaq təhlükəsizlik və stabilliyi və bu ölkənin müxtəlif sənayesinin xüsusiylə müharibədən zərər çəkən Hələb vilayətinin ehtiyaclarını nəzərə alaraq İran şirkətlərinin Suriyanın bərpası əməliyyatında əməkdaşlıq etməsi qərara alındı.
Dəməşqdə 59-cu beynəlxalq sərgi cümə axşamı 43 ölkədən şirkətlərin iştirakı ilə keçirilib.
Silahvərzi İranın 2016-cı ildə Suriyaya 250 milyon dollar dəyərində mal ixrac etdiyini bildirərək deyib: Suriyada İran mallarına, İranın müxtəlif sahələrdəki qabiliyyətləri və potensiallarından istifadəyə böyük meyil var.
İranın ticarət, sənaye, mədən və kənd təsərrüfatı palatasının sədr müavini deyib: 3 il öncə İran ilə Suriya arasında azad ticarət üzrə razılaşma imzalandı amma müharibəyə və Suriyada terrorçuların fəaliyyətlərinə görə bu razılaşma icra olunmadı.