Avq 19, 2017 16:40 Asia/Baku
  • Yaponiyanın ən iri neft şirkəti İranda investisiyaya meyllidir
    Yaponiyanın ən iri neft şirkəti İranda investisiyaya meyllidir

İranın Milli Neft Şirkətinin sərəncamçı müdiri bildirib ki, Yaponiyanın İNPEKS(İNPEX) şirkəti İranın cənub-qərbindəki "Azadeqan" neft yatağının inkişaf etdirilməsində iştiraka meylli olduğunu bildirib.

İranın Milli Neft Şirkətinin sərəncamçı müdiri Əli Kardər bu gün Yaponiyanın İNPEKS şirkətinin müdirlərilə iclasların keçirilməsinə işarə edərək, deyib: İranın Milli Neft Şirkəti tezliklə "Azadeqan" neft yatağı barədəki bütün informasiyaları maraqlanan şirkətlərə, o sıradan Yaponiyanın İNPEKS şirkətinə təqdim edəcək.

Kardər əlavə edib: "Azadeqan" neft yatağı iri bir yataqdır və İran xarici şirkətlər tərəfindən təqdim olunan müasir texnologiyaya ehtiyaclıdır.

Yaponiyada neft kəşfiyyatı və hasilatı sahəsində ən böyük şirkət olan İNPEKS şirkəti "Azadeqan" neft yatağında araşdırmaların aparılması üçün 2016-cı ildə İranın Milli Neft Şirkəti ilə anlaşma sənədi imzalayıb.

Teqlər