Əlhəriri: İranla əlaqələrin genişlənməsini istəyirik
-
Səəd Əlhəriri
Livanın baş naziri dünən Beyrutda İran xarici işlər nazirinin ərəb və Afrika məsələləri üzrə müavini ilə görüşdə qarşılıqlı əlaqələrin genişləndirilməsi vacibliyini vurğulayıb.
IRNA-nın məlumatına görə, Səəd Əlhəriri bu görüşdə öz salamlarını İran prezidenti Həsən Ruhaniyə bəyan edərək, iki ölkə əlaqələrinin güclənəcəyinə ümidvar olduğunu bildirib.
Livanın baş naziri həmçinin regiondakı cari böhranlara toxunaraq, sionist rejim ilə terrorizmi Livan və region üçün iki böyük xətər adlandırıb.
Hoseyn Caberi Ənsari də bu görüşdə sionist rejim ilə terrorizmin Livan və region üçün iki böyük xətər olduğunu təsdiq edərək, vurğulayıb: Bu iki təhdid qarşılıqlı əlaqələr və regional həmkarlıqların inkişafı üçün müştərək zəmin yaradıbdır.
Hoseyn Caberi Ənsari Livanın siyasi və dini rəsmilərilə görüş məqsədilə bazar ertəsi günü Beyruta səfər edib.