Avq 26, 2017 09:25 Asia/Baku
  • Sərbazda terrorçular həbs ediliblər
    Sərbazda terrorçular həbs ediliblər

İran islam inqilabı keşikçiləri korpusunun quru qoşunlarının Qüds qərargahı İranın cənub şərqində yerləşən Sistan və Bəluçestan ostanının Sərbaz rayonunda bir hərbçi və bir səfərbər qüvvənin şəhid edilməsi ilə nəticələnmiş terror hadisəsinin amillərinin saxlanılmasından xəbər verib.

Avqustun 19-da Sərbaz rayonunun Pişin bölgəsində silahlı quldurlar 2 hərbçi və 1 səfərbər qüvvəni şəhid etdilər. 

Sepah Nyusun verdiyi məlumata görə, İran islam inqilabının keşiçkiləri korpusunun quru qoşunlarının Qüds qərargahının ümumi əlaqələr şöbəsi dünən bir bəyanatda bildirib: Sərbaz rayonunda terror aktının amillərinin saxlanılması əməliyyatında müəyyən miqdarda silah-sursat da aşkar və zəbt edilib. 

Son illərdə silahlı quldurlar və terrorçular İranın cənub şərqində Sistan və Bəluçestan ostanının sərhəd ərazilərində terror aktları törədərək iran vətəndaşlarını və sərhəd qüvvələrini şəhid edib sonra Pakistana qaçıblar. 

Teqlər