Qətərin Tehrandakı səfiri fəaliyyətinə yenidən başlayıb
https://azeri.sahartv.ir/news/İran-i280796-qətərin_tehrandakı_səfiri_fəaliyyətinə_yenidən_başlayıb
Qətərin Tehrandakı səfiri bu ölkənin səfirliyində öz fəaliyyətinə yenidən başlayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 26, 2017 09:43 Asia/Baku
  • Qətərin Tehrandakı səfiri fəaliyyətinə yenidən başlayıb
    Qətərin Tehrandakı səfiri fəaliyyətinə yenidən başlayıb

Qətərin Tehrandakı səfiri bu ölkənin səfirliyində öz fəaliyyətinə yenidən başlayıb.

Qətərin Tehrandakı səfirliyində məlumatlı mənbə İSNA-ya bildirib ki, Qətərin Tehrandakı səfiri Əli Bin Əhməd Əli Əssəliti dünən İrana geri dönüb vvə bu gündən səfirlikdə öz fəaliyyətinə başlayıb. 

Avqustun 23-də İran və Qətərin XİN başçıları arasında telefon danışıqlarında qətərli nazir bu ölkənin səfirinin Tehrana qayıtmasından xəbər vermişdi. 

Öncə Qətərin XİN-i bir bəyanat yayaraq bildirmişdi ki, 18 ay öncə Tehrandan geri çağırılmış Qətərin səfiri bir daha Tehrana göndəriləcək. 

Qətərin XİN-i həmin bəyanatda bu ölkənin İran İslam Respublikası ilə əlaqələrin gücləndirilməsində maraqlı olduğunu vurğulamışdı. 

İranın XİN sözçüsü Bəhram Qasimi də cüməaxşamı Qətərin Tehrandakı səfirinin geri dönməsini müsbət qiymətləndirərək deyib: İran İslam Respublikası qonşuların əlaqələrin daha da gücləndirilməsi istiqamətində hərhansı müsbət addımını yüksək qiymətləndirir.