Ruhani: İran hökumətinin məqsədi yoxsulluqla mübarizə və ictimai ədalətin reallaşmasıdır
İran İslam Respublikası prezidenti şənbə günü Nazirlər Kabineti üzvlərinin İslam İnqilabının Böyük Rəhbəri ilə görüşündə yoxsulluqla mübarizə və ictimai ədalətin reallaşmasını 12-ci hökumətin məqsədlərindən adlandırıb.
İran İslam Respublikası prezidenti Həsən Ruhani bu görüşdə 11-ci hökumətin atdığı addımlar və 12-ci hökumətin proqram və məqsədləri haqqında məlumat verib və deyib: Hökumət İran xalqına vəd edib ki, gələn dörd il ərzində yoxsulluğun kökünü kəsəcək.
Ruhani İran hökumətinin qarşısında duran əsas problemi işsizlik və iqtisadi problemlər adlandırıb və əlavə edib: İran hökuməti ildə 900 mindən çox iş yeri açmaqla işsizlik problemini həll etməyə çalışır.
İran İslam Respublikası prezidenti illik inflyasiyanı 8%-dən aşağı adlandırıb və deyib: Ötən il İran iqtisadiyyatı üçün istisnalı il idi. Çünki İran İslam Respublikasının iqtisadi inkişafı dünyada birinci oldu.
İran İslam Respublikası prezidenti sənayenin yenilənməsi, elm təməlli iqtisadiyyatda dirçəliş və qeyri-neft gəlirlərinə arxalanmağı hökumətin digər proqramlarından adlandırıb və bildirib: 12-ci hökumət problemlərlə daha yaxından tanışdır və hamı İranın problemlərini həll etmək üçün hökumətə kömək etməlidir.
Ruhani Nazirlər Kabineti üzvlərinin seçilməsi haqda da deyib: Nazirlər və prezident müavinlərinin seçilməsində bacarıqlı və layiqli şəxslərlə əməkdaşlığa üstünlük verildi.