Bütün İranda Qurban bayramı namazı qılınıb
https://azeri.sahartv.ir/news/İran-i281211-bütün_İranda_qurban_bayramı_namazı_qılınıb
Səadətli Qurban bayramı namazı xalqın geniş iştirakı ilə paytaxt Tehran şəhəri daxil olmaqla bütün İranda qılınıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 01, 2017 04:27 Asia/Baku
  • Bütün İranda Qurban bayramı namazı qılınıb

Səadətli Qurban bayramı namazı xalqın geniş iştirakı ilə paytaxt Tehran şəhəri daxil olmaqla bütün İranda qılınıb.

Bu gün, 1438-ci hicri qəməri ili zihəccə ayının onu və 2017-ci milad ili sentyabrın biri, müsəlmanların böyük bayramlarından olan səadətli Qurban bayramı və ya iydil-Əzha bayramıdır.

Səadətli Qurban bayramı namazı Tehranda Tehranın müvəqqəti imamcüməsi Ayətullah Mohəmməd Emami Kaşaninin imaməti və xalqın geniş iştirakı ilə İmam Xomeyni(r.ə.) adına mosəllada qılınıb.

Qurban bayramı namazı mərasimi bütün ölkədə məscidlər, hüseyniyyələr və təkyələrdə təşkil olunub.

Səadətli Qurban bayramı namazının cümə gününə düşdüyünə görə, bu həftə cümə namazı mərasimi keçirilməyəcək.