Sen 02, 2017 16:55 Asia/Baku
  • Ruhani: İran C.Afrika ilə əlaqələrdə əzmkardır
    Ruhani: İran C.Afrika ilə əlaqələrdə əzmkardır

İran İslam Respublikası prezidenti Tehranda Cənubi Afrika parlament sədri ilə görüşündə deyib: Tehranın iradəsi C.Afrika xüsusiyyət təşkil etməklə Afrika qitəsi ölkələri ilə hərtərəfli əlaqələrin mökəmləndirilməsinə yönəlib.

İİR Prezident Aparatının informasiya mərkəzinin verdiyi məlumata görə, İİR prezidenti Həsən Ruhani bu gün Tehranda Afrika parlamentinin spikeri Baleka Mbete ilə görüşündə İran xalqının C.Afrika xalqının Nelson Mandelanın rəhbərliyi ilə aparteidə qarşı apardığı mübarizələrinə dəstək verdiyini xatırladaraq deyib: İran C.Afrika ilə iqtisadi sahədə o sıradan da enerji və mədən sektorlarında əməkdaşlıqları daha da genişləndirməyə və C.Afrikaya texniki-mühəndislik xidmətləri verməyə hazırdır. 

Ruhani iki ölkə parlamentlərinin qarşılıqlı münasibətlərin inkişafındakı rolunu önəmli adlandıraraq əməkdaşlıqların daha da genişləndirilməsinə çağırıb. 

İİR prezidenti İran və C.Afrikanın bir çox beynəlxalq və regional mövqularda eyni mövqeyə malik olduqlarını xatirladaraq deyib: İki ölkə beynəlxalq təşkilatlarda müştərək əməkdaşlıq yolu ilə beynəlxalq sülh və stabilliyin və inkişaf etməkdə olan ölkələrin mənafeyinin təmini istiqamətində dəyərli fəaliyyətlər həyata keçirə bilərlər. 

Görüşdə Baleka Mbete də C.Afrikanın Tehranla əlaqələrin daha da gücləndirilməsində maraqlı olduğunu bildirərək deyib: İran və C.Afrika dünya səviyyəsində sülh və dostluğun gücləndirilməsi məqsədi ilə beynəlxalq təşkilat və qurumlarda müştərək əməkdaşlıqlarını gücləndirməlidirlər. 

C.Afrika nümayəndələr məclisinin sədri dünən Tehrana səfər edib, o bu gün İİR parlamentinin sədri Əli Laricani ilə də görüşüb. 

Teqlər