İslam inqilabının böyük rəhbəri bəzi məhbusların əfv edilməsi ilə razılaşıblar
Səadətli Qurban və Qədir Xum bayramları münasibəti ilə islam inqilabının böyük rəhbəri ümumi və inqilab məhkəmələri, silahlı qüvvələrin məhkəmə təşkilatı və dövlət işçiləri üzrə məhkəmə təşkilatı tərəfindən çıxarılan hökmlərlə həbs edilmiş 1166 məhbusun əfv edilməsi yaxud cəzasının yüngülləşdirilməsi təklifi ilə razılaşıblar.
İran İslam Respublikası Məhkəmə Hakimiyyətinin sədri Ayətullah Sadiq Laricani islam inqilabının böyük rəhbərinə ünvanladığı məktubda Məhkəmə Hakimiyyətinin amnistiya komissiyası tərəfindən lazımı şəraitə malik olduqları müəyyənləşdirilmiş 1166 məhkumun əfv edilməsi yaxud cəzasının azaldılması təklifini təqdim edib. Bu təklif Konstitusiyanın 110-cu maddəsinin 11-ci bəndinə əsasən islam inqilabının böyük rəhbəri Həzrət Ayətullahül-üzma Xamenei tərəfindən qəbul edilib.