Sen 09, 2017 21:02 Asia/Baku
  • Zərif: İslam ölkələri başçıları Myanma müsəlmanlarına qarşı cinayətləri araşdırırlar
    Zərif: İslam ölkələri başçıları Myanma müsəlmanlarına qarşı cinayətləri araşdırırlar

İran İslam Respublikasının xarici işlər naziri deyib: İslam ölkələri başçıları Qazaxıstanda keçirilən "Elm, Texnolobiya və İnnovasiya" iclasının kənarında Myanmada müsəlmanlara qarşı törədilən cinayətləri araşdıracaqlar.

Astana sammitində iştirak etmək üçün İran prezidenti Həsən Ruhani ilə birlikdə Qazaxıstana səfər edən Məhəmməd Cavad Zərif jurnalistlərə verdiyi müsahibədə deyib: Ötən günlər ərzində İslam ölkələri xarici işlər nazirləri ilə saxlanılan əlaqələrdə qərara alındı ki, Astana sammitində İslam ölkələri başçıları Myanmada müsəlmanlara qarşı törədilən cinayətləri araşdırsınlar. 

Zərif həmçinin deyib: İran İslam Respublikası müsəlman ölkələrin Myanmada müsəlmanlara qarşı törədilən cinayətlərlə bağlı ortaq məxrəcə gəlmələrinə səy göstərəcək. 

Teqlər