Ruhani: İƏT üzvləri Myanma dövlətinə təzyiq barədə fikir birliyinə malikdirlər
İran İslam Respublikasının prezidenti deyib: İslam Əməkdaşlıq Təşkilatının üzvləri ruhinqalı didərginlərə yardım və müsəlmanlara qarşı soyqırımını dayandırması üçün Myanma dövlətinə təzyiqin göstərilməsi barədə fikir birliyinə malikdirlər.
İran İslam Respublikasının prezidenti Həsən Ruhani Qazaxıstanın Astana şəhərində keçirilən elm və texnologiya üzrə İslam Əməkdaşlıq Təşkilatının sammitinin, eləcə də Myanma müsəlmanlarının durumunun araşdırılması üzrə xüsusi iclasın başa çatmasından sonra dünən gecə Tehrana daxil olub.
Həsən Ruhani Tehrana daxil olduqdan sonra belə qeyd edib: İslam Əməkdaşlıq Təşkilatı üzvlərinin müsəlmanlara qarşı soyqırımını dayandırması üçün Myanma dövlətinə təzyiqin göstərilməsini vurğulamalarından əlavə, İran İslam Respublikasının prezidenti Qazaxıstan, Türkiyə, Azərbaycan Respublikası və Özbəkistan prezidentləri ilə ikitərəfli görüşlərdə də İslam dünyasının məzlum ruhinqalı müsəlmanların vəziyyətinə ciddi diqqət yetirməsi vacibliyini vurğulayıbdır.
Həmçinin İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif cümə axşamı günü vurğulamışdı ki, dünya ictimaiyyətinin ruhinqalı müsəlmanların hamının gözləri önündə soyqırımına məruz edilmələrinə icazə verməsi üçün heç bir əsaslandırma mövcud deyildir.
İran İslam Respublikası xarici işlər nazirinin müavini İbrahim Rəhimpur da cümə günü bildirdi ki, İranın ruhinqalı müsəlmanlara yardımı göndərilməyə hazırdır.
Avqustun 25-dən bəri Myanma ordusunun Raxin əyalətində Ruhinqa müsəlmanlarına qarşı yeni repressiv və təcavüzkar hücumları zamanı altı mindən çox insan ölüb və səkkiz min nəfər də yaralanıbdır.
Raxin əyaləti 2012-ci ildən bəri Myanma ordusu və buddistlər tərəfindən Ruhinqa müsəlmanlarına qarşı hücumların şahididir. Bir milyon Ruhinqa müsəlmanı Myanmada vətəndaşlıq hüquqlarından məhrumdur.