Ruhani: Region ölkələrinin problemləri regional həllə malikdir
İran İslam Respublikasının prezidenti deyib: Əfqanıstan daxil olmaqla region ölkələrinin problemləri regional həllə malikdir və heç vaxt əcnəbilər və regiondankənar qüdrətlər tərəfindən həll olunmayacaqdır.
İran İslam Respublikasının prezidenti Həsən Ruhani bu gün Tehranda Pakistanın xarici işlər naziri Xacə Muhəmməd Asəf ilə görüşdə əlavə edib: Region ölkələri, xüsusən İran və Pakistan regionda təhlükəsizlik, sabitlik və dincliyin bərqərarı üçün səy göstərməli və əməkdaşlıq etməlidirlər.
Ruhani vurğulayıb: İran İslam Respublikası regionda sülh, sabitlik və təhlükəsizliyin genişlənməsi və terrorizmlə mübarizə sahəsində Pakistan daxil olmaqla region ölkələrilə həmkarlığa hazırdır.
İran İslam Respublikası prezidenti həmçinin səmimi Tehran-İslamabad əlaqələrinə işarə edib və belə deyib: İran və Pakistan regionda iki təsiredici ölkədir və İran Pakistan ilə siyasi, iqtisadi və mədəni əlaqələrin genişləndirilməsi ardıncadır.
Ruhani İran ilə Pakistanın iki ölkə sərhədlərində təhlükəsizliyin yüksəldilməsi və terrorizmlə mübarizə sahəsindəki əməkdaşlıqlarının genişləndirilməsini zəruri adlandırıb və belə söyləyib: Sərhədlərin təhlükəsizliyinin gücləndirilməsi və bu sərhədlərin iqtisadi-ticari sərhədlərə çevrilməsi, eləcə də bu məntəqələrdə sərhəd bazarlarının yaradılması iki xalqın xeyrinə və regionun sabitliyi və təhlükəsizliyi çərçivəsində olacaqdır.
Pakistanın xarici işlər naziri Xacə Muhəmməd Asəf də bu görüşdə ölkəsinin iradəsinin İranla hərtərəfli münasibətlərin genişləndirilməsinə yönəldiyini bildirib. O, deyib: Region ölkələrinin problemlərinin həlli xüsusən İranın iştirakı ilə regional həll yollarına ehtiyaclıdır və regiondan kənar qüdrətlər tərəfindən hər cür addımın atılması həll yolu ola bilməz.
Pakistanın xarici işlər naziri habelə İran-Pakistan sərhədlərində təhlükəsizliyin gücləndirilməsi və iki ölkənin hərtərəfli əlaqələrinin genişləndirilməsi üçün səyin göstərilməsi vacibliyini vurğulayıb.