Sen 13, 2017 18:11 Asia/Baku
  • Ruhani:
    Ruhani: "Müqavimət İqtisadiyyatı" İran iqtisadiyyatının inkişaf amilidir

İran İslam Respublikası prezidenti deyib: Müqavimət iqtisadiyyatı İran iqtisadiyyatının inkişaf etdirilməsi və irəliyə doğru hərəkət etməsi üçün yaxşı baza ola bilər.

Həsən Ruhani çərşənbə günü nazirlər kabinetinin iclasında Müqavimət İqtisadiyyatına xüsusi diqqətin göstərilməsini zəruri adlandırıb və deyib: Müqavimət İqtisadiyyatı Qərargahı fəaliyyət göstərir və bu iqtisadiyyat İran iqtisadiyyatının inkişafına səbəb olacaq.

Ruhani əlavə edib: Hamı səy göstərməlidir ki, hazırkı iqtisadi inkişaf ölkədə hiss edilən bir iqtisadi rövnəqə çevrilsin.

İran prezidenti həmçinin deyib: Bölgələrdə istehsalın və iqtisadiyyatın çiçəklənməsi yerli potensiallara əsaslanmalıdır və davamlı iş yerlərinin yaradılması bölgələrdə ən mühüm məsələyə çevrilməlidir. Dövlət isə bu xüsusda heç bir dəstəyi əsirgəməməlidir.

Teqlər