Bəşşar Əsəd İnqilab Rəhbərini təbrik etdi: İrana minnətdarıq
Suriya prezidenti İslam İnqilabının Böyük Rəhbərinə təbrik müraciətində İran xalqını terrorizmlə müharibədə Suriya xalqının hamisi adlandırıb.
Suriya prezidenti Bəşşar Əsəd İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xameneiyə ünvanladığı müraciətdə Deyruz-Zur şəhərinin mühasirəsinin yarılmasında Suriya ordusu və müqavimət qüvvələrinin strateji nailiyyətləri münasibəti ilə onu təbrik edib və terrorizmlə mübarizədə Suriya ilə əməkdaşlığa görə İran xalqı və dövlətini alqışlayıb.
Suriya prezidenti bu müraciətdə terrorizmlə mübarizədə İran İslam Respublikasının prinsipial mövqeyini alqışlayaraq bildirib: İslam İnqilabının Böyük Rəhbəri, İran xalqı və dövləti həmişə Suriyanın hamisi olmuşdur.
Bəşşar Əsəd əlavə edib: Suriya və İran İslam Respublikası terrorizmlə mübarizə, ədalət, bərabərlik və xalqlar və ölkələrin hamısı üçün bərabər izzətə əsaslanan regional və beynəlxalq sistemin bərpasında iştirakı davam etdirəcəklər.
Suriya ordusu və müqavimət qüvvələri 5 sentyabrda Deyruz-Zur şəhərinin 3 illik mühasirəsini yarıblar.
Suriyada böhran 2011-ci ildən regional prosesləri sionsit rejimin xeyrinə dəyişmək məqsədilə Səudiyyə Ərəbistanı, ABŞ və müttəfiqlərinin dəstəklədiyi terror qruplaşmalarının irimiqyaslı hücumları ilə başlanıb. Suriya qüvvələri müqavimət mehvəri qüvvələrinin köməyi ilə son aylarda terrorçulara ağır zərbələr endirə bilmişlər.