Ruhani Nyu-Yorka gedir
Sen 16, 2017 19:26 Asia/Baku
İran İslam Respublikası prezidenti Həsən ruhani BMT Baş Assambleyasının illik 72-ci sessiyasında iştirak etmək üçün bazar günü Tehranı Nyu-York istiqamətində tərk edəcək.
İran Prezident Aparatının ictimai əlaqələr şöbəsinin verdiyi məlumata görə, Ruhani çərşənbə günü BMT Baş Assambleyasının sessiyasında çıxış edəcək.
ABŞ-da yaşayan iranlılarla görüş, ABŞ müsəlmanları, mədəni və siyasi xadimləri ilə görüş, ABŞ-ın bəzi Kütləvi İnformasiya Vasitələrinin nümayəndələrinə müsahibə, sessiyada iştirak edən bəzi ölkələrin dövlət başçıları ilə görüş İran prezideentinin Nyu-York səfəri proqramına daxildir.