Sen 17, 2017 13:17 Asia/Baku
  • Mərivan şəhəri YUNESKO tərəfindən
    Mərivan şəhəri YUNESKO tərəfindən "kürd çarığı" şəhəri kimi qeydə alınıb

İranın Kürdüstan ostanı Mədəni İrs idarəsinin müdiri deyib: Mərivan şəhəri "kürd çarığı"(orijinal adı Give və ya Kəlaş) şəhəri adı altında YUNESKO tərəfindən qeydə alınıb.

Seyid Möhsün Ələvi İRNA ilə müsahibədə deyib: Mərivanda 4355 sənətkarın "kürd çarığı" toxumaqla məşğul olması bu şəhərin dünya səviyyəsində bir əl işləri sənayesi şəhəri kimi qeydə alınmasına şərait yaradıb. 

Ələvi əlavə edib: İndiyə kimi İranın 4 şəhəri müxtəlif bacarıqlrına görə, o cümlədən Məşhəd şəhəri qiymətli daşlarına, İsfahan əl işləri sənayesinə, Təbriz əl xalçaları və Lalecin dulusçuluq sənəti ilə YUNESKO tərəfindən qeydə alınıb. 

"Kürd çarığı" 2 min illik tarixə malikdir və kürdlərə məxsus çarıq növüdür. 

"Kürd çarığı"  tamamilə parçadan hazırlanır və üst hissəsi də sapla toxunur.

Teqlər