Vilayəti: ABŞ-ın məntiqsiz rəftarı nüvə anlaşmasına ziddir
https://azeri.sahartv.ir/news/İran-i282677-vilayəti_abŞ_ın_məntiqsiz_rəftarı_nüvə_anlaşmasına_ziddir
İran İslam Respublikası Quruluşunun Məsləhətini Təyin Etmə Şurasının üzvü deyib: Bütün hesabatlar İranın nüvə anlaşmasına sadiq olduğunu təsdiq edir. Amma, ABŞ nüvə anlaşmasına zidd və məntiqsiz mövqe seçib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 17, 2017 12:48 Asia/Baku
  • Vilayəti: ABŞ-ın məntiqsiz rəftarı nüvə anlaşmasına ziddir
    Vilayəti: ABŞ-ın məntiqsiz rəftarı nüvə anlaşmasına ziddir

İran İslam Respublikası Quruluşunun Məsləhətini Təyin Etmə Şurasının üzvü deyib: Bütün hesabatlar İranın nüvə anlaşmasına sadiq olduğunu təsdiq edir. Amma, ABŞ nüvə anlaşmasına zidd və məntiqsiz mövqe seçib.

İRNA-nın məlumatına görə, Əli Əkbər Vilayəti bazar günü Tehranda Belçika Parlamentinin sədri Ziqfrid Brak ilə görüşdə deyib: Nüvə anlaşması İran və ABŞ arasında olan ikitərəfli bir anlaşma deyil. Bu anlaşma dünya ictimaiyyəti arasında əldə olunmuş birgə anlaşmadır. 

Belçika Parlamentinin sədri Ziqfrid Brak da bu görüşdə İran - Belçika əlaqələrinin xüsusilə iqtisadiyyat sahəsində inkişaf etdirilməsini  və iki ölkə əlaqələrində müsbət addımların atılmasını istəyib.