Sen 23, 2017 09:16 Asia/Baku
  • İraqçi: İran İraqın ərazi bütövlüyü və suverenliyinin qorunmasını dəstəkləyir

İranın xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini dünən Nyu-Yorkda İslam Əməkdaşlıq Təşkilatı(İƏT)-ə üzv ölkələrin xarici işlər nazirlərinin koordinasiya yığıncağında vurğulayıb ki, İran İslam Respublikası İraqın əsas qanunu çərçivəsində bu ölkənin ərazi bütövlüyü, suverenliyi və milli birliyinin qorunmasını dəstəkləyir.

İraq Kürdüstanı məntəqəsinin bəzi partiyaları iyunun 7-də bu məntəqənin başçısı Məsud Barizaninin iştirakı ilə keçirilən yığıncaqda 2017-ci il sentyabrın 25-də Kürdüstan bölgəsinin İraqdan ayrılması ilə bağlı referendum keçirmək barədə qərar qəbul ediblər.

Seyid Abbas İraqçı hər il BMT Baş Assambleyasının sessiyası kənarında keçirilən bu yığıncaqda Myanma ordusunun və buddistlərin Ruhinqa müsəlmanlarına qarşı cinayətlərinə toxunaraq, deyib: İran İslam Respublikası Myanmadakı cinayətlərin tez bir zamanda dayandırılmasını istəyir. İraqçı ruhinqalı müsəlmanların qırğın edilmələrini "irqi təmizləmə" adlandırıb.

İranın xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini bu yığıncaqda İslam İnqilabının Böyük Rəhbərinin siyasi elitanın vəhdətin yaradılması istiqamətində İslam dünyasındakı siyasi, dini və mədəni məsuliyyətinə təkid edən Beytullahulhəram hacılarına ünvanlanmış son müraciətlərinə işarə edərək deyib: İranın nöqteyi-nəzərincə, İslam Əməkdaşlıq Təşkilatı bu vəhdətin ortaya çıxması və məşq edilməsi üçün ən münasib yerdir.

Teqlər