Sen 26, 2017 17:10 Asia/Baku
  • İraq Kürdüstanında referendumun yeganə nəticəsi hərc-mərclik olacaq

İranın quruluşun məsləhət şurasının üzvü İraq kürdüstanının bu ölkədən ayrılması üzrə referendumun qeyri-qanuni olduğunu bildirərək deyib: Bu təşəbbüsün nəticəsi regionda siyasi hərc-mərclik olacaq.

İran islam inqilabının böyük rəhbərinin beynəlxalq məsələlər üzrə  müşaviri Əli Əkbər Vilayəti bu gün Tehranda müxbirlərə verdiyi müsahibədə amerikalılar, britaniyalılar və sionistlərin İraq Kürdüstanında referendumun keçirilməsinə rol oynadıqlarını bildirərək deyib: Onlar İŞİD-dən nəticə çıxarmadılar və müsəlmanlar və müsəlman ölkələr arasında təfriqəçiliklə məşğul oldular və bu formal hərəkət də öncədən uğursuz hesab olunur. 

Vilayəti İraq Kürdüstanında referendumun bu bölgənin başçısı Məsud Barizaninin süqutunun başlanğıcı olacağını bildirərək deyib: Kürd əhalisi islam düşmənləri ilə mübarizədə öc cəbhədə olub amma Məsud Barizani öz taleyini İsrailə düyünləyib və o başqalarından daha tez süquta doğru yönəlib. 

Vilayəti Kürdüstan bölgəsinin İraqın bir hissəsi olduğunu və İraq xalqının bu barədə susmayacağını bildirərək deyib: İran və Türkiyə eləcə də digər region ölkələri  Məsud Barizaninin son dərəcə pis və nifrət doğuran bu yanlışlığı qarşısında duracaqlar. 

İranın məsləhət şurasının üzvü Barizaninin öz mövqeyindən geri oturmalı oldğunu bildirərək əks halda onunla qarşılanılacağını vurğulayıb. 

Teqlər