İnqilab Rəhbərinin hüzurunda sonuncu Hüseyn(ə) əzadarlığı mərasimi
Həzrət İmam Səccad(ə)-ın şəhadəti gecəsində Həzrət Əba Əbdillah Əl-Hüseyn(ə) əzadarlığı mərasiminin sonuncu gecəsi İslam İnqilabının Böyük Rəhbərinin, İranın rəsmi şəxslərinin və xalq təbəqələrindən minlərlə nəfərin iştirakı iləTehrandakı İmam Xomeyni(r.ə.) hüseyniyyəsində keçirilib.
Bu mərasimdə höccətulislam vəlmuslimin Hoseyni Qomi Həzrət İmam Səccad(ə)-ın nurlu həyatının ibadi, elmi, ictimai və siyasi cəhətlərini bəyan edərək, deyib ki, o həzrət çətin şəraitdə, yezidilər və öməvilər hökumətlərinin repressiya və zülmü dövrlərində Əhli-Beyt(ə) davamçılarını sərt bir tarixi döngədən başıucalıq və əzəmətlə keçirdi. İmam Baqir(ə) və İmam Sadiq(ə)-ın dövrlərində elmi hərəkətin genişlənməsi məhz Həzrət İmam Səccad(ə)-ın mübarizələrinə borcludur.
Bu mərasimdə paklıq Əhli-Beyti(ə) mədhiyyəçiləri də mərsiyələr oxuyublar.