İran narkomaddələr və qaçaqmalçılıqla mübarizədə 1-ci və 2-ci olub
https://azeri.sahartv.ir/news/İran-i284631-İran_narkomaddələr_və_qaçaqmalçılıqla_mübarizədə_1_ci_və_2_ci_olub
İran gömrüyü bildirib ki, Dünya Gömrük Təşkilatının Regional İnformasiya İdarəsinin yeni təsnifatına əsasən, İran gömrüyü narkotik maddələrlə mübarizə sahəsində dünyada birinci, əmtəə mal qaçaqmalçılığı ilə mübarizə sahəsində isə ikinci olubdur.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 08, 2017 12:52 Asia/Baku
  • İran narkomaddələr və qaçaqmalçılıqla mübarizədə 1-ci və 2-ci olub
    İran narkomaddələr və qaçaqmalçılıqla mübarizədə 1-ci və 2-ci olub

İran gömrüyü bildirib ki, Dünya Gömrük Təşkilatının Regional İnformasiya İdarəsinin yeni təsnifatına əsasən, İran gömrüyü narkotik maddələrlə mübarizə sahəsində dünyada birinci, əmtəə mal qaçaqmalçılığı ilə mübarizə sahəsində isə ikinci olubdur.

İran gömrüyü sonra bildirib: Dünya Gömrük Təşkilatı özünün yeni təsnifatında dünya gömrüklərinin 2017-ci ilin ilk doqquz ayındakı fəaliyyətini araşdırıbdır ki, ona əsasən, İran gömrüyü bu müddətdə narkotik maddələrin aşkarlanması üzrə 288 halı uğurla həyata keçirə bilib və digər gömrüklərlə müqayisədə ən yüksək balı qazanaraq, ən yaxşı nəticəyə malik olubdur.