General Cəzayeri: İran ABŞ-ın düşmənçilik hərəkətlərilə mübarizə üçün müxtəlif variantlara malikdir
https://azeri.sahartv.ir/news/İran-i284813-general_cəzayeri_İran_abŞ_ın_düşmənçilik_hərəkətlərilə_mübarizə_üçün_müxtəlif_variantlara_malikdir
İranın silahlı qüvvələrinin baş sözçüsü ABŞ-ın düşmənçilik hərəkətlərilə mübarizə üçün müxtəlif variantların işlənib hazırlanmasından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 10, 2017 10:59 Asia/Baku
  • General Cəzayeri: İran ABŞ-ın düşmənçilik hərəkətlərilə mübarizə üçün müxtəlif variantlara malikdir
    General Cəzayeri: İran ABŞ-ın düşmənçilik hərəkətlərilə mübarizə üçün müxtəlif variantlara malikdir

İranın silahlı qüvvələrinin baş sözçüsü ABŞ-ın düşmənçilik hərəkətlərilə mübarizə üçün müxtəlif variantların işlənib hazırlanmasından xəbər verib.

İran İslam Respublikasının silahlı qüvvələrinin baş sözçüsü general-mayor Seyid Məsud Cəzayeri İslam İnqilabı qələbəsinin 40-cı ildönümü üzrə koordinasiya iclasının kənarında Amerikanın ehtimal üzrə nüvə anlaşmasından çıxmasına toxunaraq, deyib: Proqramlaşdırmalara əsasən, İranın Amerikanın nüvə anlaşmasından çıxmasına reaksiyası çoxtərəfli olacaqdır.

General-mayor Cəzayeri əlavə edib: İran hərbi istiqamətdə müxtəlif variantlar işləyib hazırlayıbdır ki, əməldə amerikalılara qətiyyətli cavab veriləcəkdir.