Okt 21, 2017 10:40 Asia/Baku
  • Cahangiri: Tehran Türkiyə ilə əlaqələrin hərtərəfli inkişafında qətiyyətlidir
    Cahangiri: Tehran Türkiyə ilə əlaqələrin hərtərəfli inkişafında qətiyyətlidir

İran İslam Respublikası prezidentinin birinci müavini İshaq Cahangiri Tehran-Ankara əlaqələrinin genişləndirilməsinə təkid edib və deyib: İran və Türkiyə arasında hədəf olaraq təyin edilmiş 30 milyard dollarlıq illik ticarət dövriyyəsi, geniş proqramların icrası ilə, yaxın gələcəkdə gerçəkləşmiş olacaq.

İRNA-nın məlumatına görə, D8 qrupunun 9-cu sammitində iştirak etmək məqsədi ilə Türkiyəyə səfər edən İran prezidentinin birinci müavini İshaq Cahangiri cümə günü axşam Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan ilə görüşüb. 

İshaq Cahangiri bu görüşdə deyib: Tehran və Ankara geniş potensiallara və bacarıqlara malikdirlər. Və bu potensiallardan ikitərəfli əlaqələrin genişləndirilməsi və möhkəmləndirilməsi üçün istifadə edilməlidir. 

Cahangiri İran və Türkiyə arasındakı ticarət dövriyyəsində milli valyutadan istifadənin sürətləndirilməsini istəyərək, sərhəd gömrük məntəqələrinin 24 saatlıq iş rejiminə keçməsini, İran və Türkiyənin özəl sektorunun aktivləşdirilməsini, bank və gömrük əməkdaşlıqlarının sadələşdirilməsini təyin edilmiş 30 milyard dollarlıq illik ticarət dövriyyəsinə çatmaq istiqamətində mövcud potensillardan istifadə məqsədi ilə atılan addımlar adlandırıb. 

İran prezidentinin birinci müavini Tehran və Ankaranın regional məsələlərlə bağlı ortaq mövqelərə malik olmalarına və terrorizm ilə mübarizədəki oxşar mövqelərinə işarə edərək, deyib: Region ölkələrinin ərazi bütövlüyünün qorunması və sərhədlərin dəyişməməsi, regionda sabitlik və təhlükəsizliyin təmin edilməsi və terrorizm ilə mübarizə İran və Türkiyənin ortaq məqsədlərindəndir. 

Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan da bu görüşdə Ankaranın İran ilə əlaqələrin hərtərəfli formada inkişaf etdirilməsində qətiyyətli olduğunu bildirib və deyib: Maneələrin aradan qaldırılması ilə iki ölkə əməkdaşlıqların genişləndirilməsi üçün bir-birinin imkanları, təcrübələri və potensiallarından istifadə etməlidir. 

Ərdoğan İran və Türkiyənin bir çox regional və beynəlxalq məsələ ilə bağlı ortaq mövqeyə malik olduğuna işarə edərək, deyib: İraq Kürdüstanında qanunsuz separatçı referendumun keçirilməsi çox yanlış bir addım idi və bu məntəqə başçıları öz səhvlərini düzəltməlidirlər. 

Ərdoğan həmçinin, qərblilərin terrorçu qruplar ilə ikili rəftar etmələrini qınayıb və bütün ölkələrin bu nəhs fenomen ilə mübarizədə ahəngdar hərəkət etməsini bir zərurət adlandırıb. 

Teqlər