İraqçı: Nüvə anlaşması beynəlxalq dəstəyə malikdir
İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini deyib: Əhatəli Müştərək Təşəbbüs Proqramı beynəlxalq dəstəyə malikdir və Moskvada Nüvə Tərksilahı iclası da bu reallığı bir daha açıq-aydın əks etdirdi.
Abbas İraqçı bu gün İRNA-ya verdiyi müsahibədə Moskvada 14-cü Nüvə Tərksilahı iclasında iştirak və Rusiya rəsmiləri ilə məsləhətləşmələri müsbət qiymətləndirib və əlavə edib: Bu görüşlərdə vurğulandı ki, nüvə anlaşması müzakirə ediləsi deyil, onun barəsində heç bir qeyd qəbul edilmir və Nüvə Tərksilahı iclasında iştirak edən rəsmilər də nüvə anlaşmasının qorunmasını vurğuladılar.
İraqçı nüvə anlaşmasının beynəlxalq etibarlı sənəd olduğunu və onu imzalayan bütün tərəflərin müddəalarına sadiq qalmalı olduqlarını bildirərək deyib: Nüvə anlaşmasının heç bir başqa məsələyə aidiyyəti yoxdur. Bu reallıq nüvə silahlarının yayılmaması strukturunun ayrılmaz hissəsinə çevrilmişdir.