Məhəmməd Cavad Laricani: ABŞ-ın İrana qarşı sanksiyaları insan haqlarına ziddir
İranın Məhkəmə Hakimiyyətinin insan haqları qərargahının katibi deyib: Bir xalqın öz hüquqlarından məhrum edilməsi BMT-nin nizamnaməsinə və insan haqları konvensiyalarına ziddir.
Məhəmməd Cavad Laricani çərşənbə axşamı jurnalistlər qarşısında verdiyi açıqlamada ABŞ prezidenti Donald Trampın İran əleyhinə söylədiklərini ABŞ xalqı üçün rüsvayçılıq və biabırçılıq adlandırıb və deyib: Bu kimi rəftarlar İran xalqının inkişafında heç bir təsirə malik deyil.
İranın Məhkəmə Hakimiyyətinin insan haqları qərargahının katibi İnsan Haqlarına Nəzarət Təşkilatının İranın əfqan uşaqlar və yeniyetmələri Suriyada savaşa göndərməsi ilə bağlı iddialarına işarə edərək, deyib: İnsan Haqlarına Nəzarət Təşkilatı vaxtını bu kimi ittihamlara sərf etməyərək, ABŞ və İŞİD terrorçularını maliyyələşdirən bəzi ölkələrin insanlığa yaraşmayan və bəşəriyyət əleyhinə yönəlmiş rəftarlarına diqqət göstərsə daha yaxşı olar.
Məhəmməd Cavad Laricani əlavə edib: İŞİD terror qruplaşmasını ABŞ yaradıb və bəzi region ölkələri də onu maliyyələşdiriblər. Amma, İran İslam Respublikası terrorizm qarşısında möhkəm dayandırğı və onları geri cəkilməyə məcbur etdiyi üçün fəxr edir.