Noy 03, 2017 20:40 Asia/Baku
  • Vilayəti: Amerika Suriyanın bölünməsi ardıncadır
    Vilayəti: Amerika Suriyanın bölünməsi ardıncadır

İslam İnqilabının Böyük Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti bu gün Beyrutda Livan parlamentinin sədri Nəbih Berri ilə görüşdə bildirib ki, Amerika Fəratın şərqində Suriyanın bölünməsi ardıncadır. O, vurğulayıb ki, amerikalıların bu fitnəsi həyata keçməyəcəkdir.

İki tərəf bu görüşdə qarşılıqlı əlaqələr və regional olaylar barədə fikir mübadiləsi aparıb.

Əli Əkbər Vilayəti bu görüşdən sonra müxbirlər qarşısında deyib: Amerikalılar və sionistlər təfriqə salmaq və müqavimət cəbhəsini məğlub etmək ardıncadırlar və hazırda Suriyaya maksimum təzyiq göstərirlər.

İslam İnqilabının Böyük Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri bu gün həmçinin Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah və bu ölkənin baş naziri Səəd Əlhəriri ilə görüşüb.

 

Teqlər