Hindistandan Əfqanıstana buğda tranziti İran vasitəsi ilə həyata keçir
https://azeri.sahartv.ir/news/İran-i286167-hindistandan_Əfqanıstana_buğda_tranziti_İran_vasitəsi_ilə_həyata_keçir
Hindistanın Əfqanıstana yolladığı 11- tonluq buğda yükünü aparan ikinci gəmi İranın cənub-şərqində Çabəhar limanına yan alıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 06, 2017 06:07 Asia/Baku
  • Hindistandan Əfqanıstana buğda tranziti İran vasitəsi ilə həyata keçir

Hindistanın Əfqanıstana yolladığı 11- tonluq buğda yükünü aparan ikinci gəmi İranın cənub-şərqində Çabəhar limanına yan alıb.

İRİB-in məlumatına görə, Sistan və Bəluçestan vilayətinin liman və dənizçilik idarəsinin baş direktoru Behruz Ağayi deyib: Bu gəmidə 655 konteyner vardır və Hindistanın Kandlay limanında yüklənib. 

Behruz Ağayi əlavə edib: Həyata keçirilən səylər və investisiyalarla Çabəhar limanının tranzit inkişafı reallaşıb və yaxın gələcəkdə Çabəhar limanı istiqamətində çoxlu tranzit yollarının şahidi olacağıq. 

Hindistanın Əfqanıstana ilk böyük buğda yükü çərşənbə günü 1 noyabrda Çabəhar limanına yan almış və Hindistan, Əfqanıstan və İran rəsmiləri tərəfindən müsbət qarşılanmışdı. 

İranın cənub-şərqində Sistan və Bəluçestan vilayətini sərhəd və coğrafi mövqeyi beynəlxalq sulara çıxışı ilə və Asiya, Avropa və Afrika arasında tranzitin inkişafında xüsusi əhəmiyyət daşıyır.