Noy 12, 2017 12:24 Asia/Baku
  • Qasemi: İranı ittihamlandırmaq dövrü başa çatıb
    Qasemi: İranı ittihamlandırmaq dövrü başa çatıb

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Bəhreyn rəsmilərinin bu ölkənin neft boru kəmərində baş vermiş partlayışa görə İranı ittihamlandırmaq üzrə gülünc və əsassız iddialarını tənqid edib.

Bəhreynin xarici işlər naziri Şeyx Xalid bin Əhməd Ali Xəlifə şənbə günü verdiyi açıqlamada Bəhreynin neft boru kəmərində baş vermiş partlayışda İranın əli olduğunu iddia edib. 

İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasemi bu gün bəhreynli nazirin iddiasına reaksiya olaraq deyib: Bəhreyndə baş verən hər bir hadisənin ardınca bəhreynli rəsmilərin ilk olaraq dilə gətirdikləri söz İranı ittiham etməkdir. Onlar bilməlidirlər ki, bu kimi uşaqcasına yalan, əsassız və həqiqətləri əks etdirməyən  iddiaların zamanı artıq çoxdan geridə qalıb. 

B.Qasemi həmçinin deyib: İran daim bütün qonşularının sabitlik və təhlükəsizliyini öz sabitliyi və təhlükəsizliyi bilib və davamlı olaraq bu prinsipə sadiq qalıb. 

Teqlər