Noy 18, 2017 12:31 Asia/Baku
  • İran İqlim Dəyişiklikləri Konfransında su qıtlığı barədə təklif irəli sürüb
    İran İqlim Dəyişiklikləri Konfransında su qıtlığı barədə təklif irəli sürüb

İran İslam Respublikasının BMT-nin Almaniyanın Bon şəhərində keçirilən İqlim Dəyişkiliyi Konfransındakı nümayəndəsi iqlim dəyişikliyi nəticəsində xeyli pisləşən eyni zamanda qida təhlükəsizliyi və iqtisadi-ictimai problemlər üçün ciddi təhdid sayılan su qıtlığı məsələsi növbəti iclasın iş gündəminə daxil edilsin.

İRNA-nın məlumatına görə, İranın Ekologiyanı Mühafizə Təşkilatının sədr müavini Kave Mədəni İran İslam Respublikasının bəyanatını Almaniyanın Bon şəhərində keçirilən BMT-nin 23-cü illik İqlim Dəyişkliyi Konfransında qiraət edib. 

BMT-nin İqlim Dəyişikliyi Konfransı (COP23) cümə günü axşam iqlim dəyişiklikləri ilə mübarizədə daha artıq və ciddi addımların atılmasına təkid edərək, öz işini başa vurub. 

6-17 noyabr tarixində Fici ölkəsinin sədrliyi ilə keçirilən Bon iclasında iştirakçı ölkələr Paris İqlim Anlaşmasının həyata keçirilməsi üçün icra mexanizminin hazırlanmasına səy göstəriblər. 

Bon iclası Paris İqlim Anlaşmasının icraya qoyulmasından bir il sonra keçirilib. 

Paris İqlim Anlaşması 2015-ci ilin dekabrında 196 ölkə tərəfindən imzalanıb. Bu anlaşmada məqsəd yer kürəsinin temperaturunun artmasını 2 dərəcədən daha aşağı səviyyədə məhdudlaşdırmaq və bu rəqəmin sənayeləşmə dövründən öncəki dövr ilə müqayisədə 1.5 dərəcədə məhdudlaşdırılmasına səy göstərməkdir. 

Teqlər